2017-Cİ İL OKTYABR AYINDA YERLİ HAKİMİYYƏTƏ SEÇKİLƏR KEÇİRİLƏCƏK

Yerli hakimiyyətin nümayəndə orqanına – bələdiyyə məclisinə növbəti seçkilər son belə seçkidən 3 il keçdikdən sonra, 4-cü ilin oktyabrında keçiriləcək. Seçkiləri Gürcüstan Prezidenti bələdiyyə məclisinin səlahiyyətinin tamamlanmasına ən az 60 gün qalmış baş nazirin imzası ilə təsdiqlənməsi şərti ilə təyin edir.
Seçkilərin keçirildiyi gün 21 yaşı tamam olmuş hər bir Gürcüstan vətəndaşı bələdiyyənin nümayəndə orqanı – bələdiyyə məclisinin üzvü seçilə bilər.
Yerli hakimiyyətin nümayəndə orqanı – bələdiyyə məclisi seçkiləri porporsional və majoritar seçki sistemi əsasında keçirilir.
2017-ci il seçkilərində hansı dəyişikliklər olacaq? Özünü idarə edən şəhərlərin sayı yenə də azalacaq və 5-ə düşəcək,Ozurqeti, Ambrolauri, Zuqdidi, Qori, Msxeta, Axaltsixe, Telavi şəhərləri özünü idarə edən şəhər olmayacaqlar.

ÖZÜNÜİDARƏ TARİXİ

Müstəqilliyini bərpa etdikdən sonra Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 6 dəfə keçirilib.
• 1991-ci il 31 mart – ilk özünüidarəetmə seçkilərinin tarixidir, nümayəndəlik çoxpartiyalı idi, lakin “Dəyirmi masa – müstəqil Gürcüstan” üstünlük təşkil edirdi. Maraqlıdır ki, 1991-ci ilin yerli hakimiyyət seçkiləri üçün özünüidarə baxımından qanun dəyişikliyi olmayıb. SSRİ-nin dağılması zamanı Gürcüstanda 2 muxtar respublika, 65 rayon və 4 şəhər bölgəsi, 13 respublika tabeliyində olan şəhər və 942 kənd məclisi (cəmi 4603 yaşayış məntəqəsi, o cümlədən 51 şəhər və 61 qəsəbə) var idi. 1993-95-ci illərdə Gürcüstan muxtar respublikalardan başqa 9 bölgəyə bölündü və hər birinə Prezidentin səlahiyyətli nümayəndəsi təyin olundu.
• İkinci yerli özünüidarə seçkiləri 1998-ci il 15 noyabr tarixində keçirildi,seçki baryeri 5% idi ki, bunu da 7 partiya keçmişdi. Ən çox səsi isə onlardan üçü – Gürcüstan Vətəndaşlar İttifaqı (GVİ) – 30%; Leyboristlər partiyası, 17%; Sosialist partiya – 12% yığmışdı. 1998-ci ildəki seçkilər 1997-ci ildə qəbul olunmuş “Yerli Hakimiyyət və Özünüidarə Haqqında Üzvi Qanuna” əsasən keçirilmişdi.

ÖZÜNÜİDARƏ
İKİSƏVİYYƏLİ OLDU:

• I səviyyə – rayona daxil olan şəhərlər, qəsəbələr, icmalar və icmalara daxil olmayan kəndlər (cəmi 1111 vahid);
• II səviyyə – Tbilisi və rayonlara daxil olmayan şəhərlər (cəmi 6) və 67 rayon
• Rayonların rəhbərini prezident bələdiyyə məclisinin tərkibindən təyin edirdi.
• Növbəti özünüidarə seçkiləri 2002-ci il iyun ayının 2-də keçirildi – seçki baryeri 4% idi ki bunu da 7 partiya keçmişdi; hakim partiya baryeri keçə bilməmişdi (GVİ) – 2,5%. Leyboristlər – 26%, Blok (VMH, Respublikaçılar, Konservatorlar) – 24%. Tbilisi/Gürcüstan miqyasında seçkilərdə “Yeni sağçılar” qələbə qazanmışdı.
2002-ci il seçkiləri üçün inzibati-ərazi dəyişikliyi həyata keçirilmişdi:

  •  Seçkilər 998 özünüidarə vahidində keçirilmişdi;
  •  Rustavi, Batumi, Kutaisi – Merlər birbaşa qaydada seçilmişdi
  •  Poti və Tbilisidə meri prezident təyin etmişdi
  •  Seçkilər yüksək siyasi yüklənməyə məruz qalmışdı – bir növ 2003-cü il Parlament seçkilərinin məşqi idi.
  •  İlk dəfə hakim partiya yerli özünüidarələrdə seçki sahəsinə daxil ola bilmədi
  •  2006-cı il oktyabrın 5-də seçki baryeri – 4%
    Baryeri 4 partiya keçə bilmişdi; Vahid Milli Hərəkat (VMH) – 66,53%; “Respublikaçılar – Konservatorlar” – 12,04%; Leyboristlər – 10,65%; Sənayeçilər – 6,08%.

2006-CI İL SEÇKİLƏRİ 2005-Cİ İLDƏ QƏBUL EDİLMİŞ YERLİ ÖZÜNÜİDARƏ HAQQINDA ÜZVİ QANUNA ƏSASƏN KEÇİRİLMİŞDİ

  •  İkisəviyyəli özünüidarə ləğv edilmişdi;
  •  Yerli hakimiyyət ləğv edilmişdi;
  •  Özünüidarə orqanı olaraq keçmiş rayonların əsasında yaranmış bələdiyyələr elan olunmuşdu;
  •  Gürcüstanda 69 bələdiyyə yaradılmışdı;
  •  Tbilisi, Batumi, Kutaisi, Rustavi, Poti özünüidarə edən şəhər olmuşdular;
  •  Merlərin birbaşa seçilməsi sistemi ləğv olundu. Merlər və bələdiyyə rəhbərləri məclisin səs çoxluğu ilə seçilirdi.
  •  2010-cu il 10 may – seçki baryeri 5%; baryeri 4 partiya keçə bilmişdi; VMH – 65,75; Xristian Demokratik Hərəkat (XDH) – 11,94; “Gürcüstan Naminə Alyans” – 9,19%; Milli Şura – 6,77%.

 

2010-CU İLDƏ KEÇİRİLMİŞ SEÇKİLƏR QANUNA 2009-CU İLDƏ EDİLMİŞ DƏYİŞİKLİKLƏRƏ ƏSASƏN KEÇİRİLMİŞDİ

  •  Tbilisidə mer birbaşa seçkilərlə seçildi.
  •  Tbilisi merinin seçilməsi üçün 30%-lik baryer müəyyən oldu;
  •  Tbilisi meri – QiqiUqulava səslərin 55,2% topladı, onunrəqibiİrakliAlasaniya isə 19 %.
  •  2014-cü il 15 iyul – seçki baryeri – 4%; Baryeri 4 partiya keçdi; Gürcü Arzusu – 50,82%; VMH- 22,42%; Burcanadze – Vahid müxalifət – 10,22%; Gürcüstan Vətənpərvərlər Alyansı (GVA) – 4,72%.

2014-CÜ İL SEÇKİLƏRİNDƏN ÖNCƏ PARLAMENT ÖZÜNÜİDARƏ MƏCƏLLƏSİNİ QƏBUL ETDİ

  •  Özünüidarə edən şəhərlərin sayı artdı: Bunlar Tbilisi, Kutaisi, Batumi, Rustavi, Poti, Ozurqeti, Ambrolauri, Zuqdidi, Qori, Msxeta, Axaltsixe, Telavi idi.
  •  Mer seçkilərinə 50%-lik baryer müəyyən olundu;
  •  Mer/bələdiyyə rəhbəri birbaşa yolla seçilirdi.
    Özünü idarə edən şəhərlərin səlahiyyəti: 2014-cü ildə qəbul edilmiş özünüidarə və özünü idarə edən şəhərlər haqqında qərar.

ÖZÜNÜ İDARƏ EDƏN ŞƏHƏRLƏRİN XÜSUSİ HÜQUQLARI

• Yerli büdcənin qəbul edilməsi
• Vergilərin və rüsumların toplanması
• Yerli resursların idarə edilməsi
• Tikintilərin tənzimlənməsi planının təsdiq edilməsi
• Küçə ticarəti və bazarların tənzimlənməsi
• Reklamların yerləşdirilməsinin tənzimlənməsi
• Tikintilərə icazə verilməsi və nəzarət və s.

HƏVALƏ OLUNMUŞ
HÜQUQLAR

• İnfrastruktur layihələr
• Məktəblər
• Ambulatoriya/xəstəxanalar
• Su təminatı sistemi və s.
Gürcüstan Parlamenti 30 iyun tarixində keçirilmiş iclasında Yerli Özünüidarə Məcəlləsinə daxil ediləcək dəyişiklikləri ikinci oxunuşda qəbul etdi və 12 özünü idarə edən şəhərdən yeddisinin müstəqil özünüidarə vahidi statusu alındı.
Regional İnkişaf və İnfrastruktur Nazirliyi tərəfindən hazırlanmış qanun dəyişikliyinə əsasən 12 özünü idarə edən şəhərdən yalnız beş şəhərin – Tbilisi, Kutaisi, Rustavi, Poti və Batumi şəhərlərinin müstəqil özünüidarə vahidi statusu saxlanıldı, Telavi, Msxeta, Qori, Axaltsixe, Ambrolauri, Ozurqeti və Zuqdidi şəhərləri isə bu statusunu itirib.
İyunun 30-da qəbul edilmiş qanun dəyişikliyinə əsasən 2014-cü ildə yaradılmış 14 bələdiyyə yenidən birləşdiriləcək və ətraf icmaların da inteqrasiyası ilə 7 bələdiyyə formalaşdırılacaq.

KİMİ SEÇİRİK?
Gürcüstan Seçki Məcəlləsinin 140-cı maddəsinə əsasən bələdiyyənin nümayəndə orqanı – bələdiyyə məclisinin tərkibi aşağıdakı prinsiplərlə müəyyən olunur.

1. Özünü idarə edən icmanın bələdiyyə məclisiproporsional qaydada seçilmiş 15 üzv və müvafiq ərazidə yerləşən hər bir icma və bu özünü idarə edən icmaya daxil olan şəhərdən majoritar qaydada seçilmiş bir üzvdən ibarət olur. Özünü idarə edən icmanın inzibati mərkəzində seçicilərin sayı 4 000-dən artıq, 10 000-dən azdırsa, bələdiyyə məclisinə majoritar qaydada 2 üzv seçilir. Özünü idarə edən icmanın inzibati mərkəzində seçicilərin sayı 10 000-dən artıq, 20 000-dən azdırsa, bələdiyyə məclisinə majoritar qaydada 3 üzv seçilir. Özünü idarə edən icmanın inzibati mərkəzində seçicilərin sayı 20 000-dən artıq, 35 000-dən azdırsa, bələdiyyə məclisinə majoritar qaydada 4 üzv seçilir. Özünü idarə edən icmanın inzibati mərkəzində seçicilərin sayı 35 000-dən artıqdırsa, bələdiyyə məclisinə majoritar qaydada 5 üzv seçilir.

2. Özünü idarə edən şəhərin (Tbilisi istisna olmaqla) məclisi proporsional qaydada seçilmiş 15 üzvdən və majoritar qaydada seçilmiş 10 üzvdən ibarət olur.
Bu qanuna əsasən bələdiyyə məclislərinin majoritar deputatlarının sayı aşağıdakı kimi olacaq:
12 saylı Qurcaani seçki dairəsi – 24
11 saylı Saqareco seçki dairəsi – 22
13 saylı Siğnaği seçki dairəsi – 14
14 saylı Dedoplistskaro seçki dairəsi – 13