DEMOKRATİK DÖVLƏTDƏ SEÇKİLƏRİN ROLU VƏ ƏHƏMİYYƏTİ

Seçkilər demokratik idarəetmənin mərkəzi mexanizmidir ki, bunun vasitəsilə də dövlət xadimləri vətəndaşlar qarşısında hesabat verəcək şəxsə çevrilirlər. Seçki institutunu tez-tez demokratiyanın ölçüsü adlandırılar. Demokratik dövlətlərdə seçkilər vətəndaşların siyasi bərabərliyi və dövlət vəzifəsinə seçilmə hüququ bərabərliyi, eləcə də onların səslərinin bərabər dəyərdə olmasını təmin edir.

Demokratik dövlətlərdə seçkilərin keçirilməsi iki səbəbə görə əhəmiyyətlidir. Birincisi, dövlət rəhbəri vəzifəsinə kim seçilərsə, dövlət rəhbəri kimi eyni zamanda icraedici hakimiyyətin də rəhbəridir. Beləliklə, seçkilər vasitəsilə dövlətin daxili iqtisadiyyatı, eləcə də xarici siyasəti müəyyənləşir ki, bunu da seçilmiş hakimiyyət həyata keçirir.
İkincisi, hakimiyyətin qanunverici və nümayəndə orqanlarının üzvləri seçilir ki, bunlar da dövlətin hüquqi mühitini, vergi sistemini müəyyənləşdirir və vətəndaşlar adından hakimiyyətə nəzarət edir. Hakimiyyətdə yüksək vəzifəli şəxslərinin müntəzəm olaraq seçilməsi açıq və rəqabətli prosesdir ki, bu da nümayəndəli demokratiya zamanı əhali tərəfindən nəzarətin yerinə yetirilməsinin ən mühüm elementidir. Seçkilər göstərir ki, siyasi hakimiyyət seçicilərdən gəlir və onların razılığı ilə həyata keçirilir.
Amerikanın 3-cü prezidenti və “ABŞ-ın Müstəqillik Bəyannaməsi”-nin müəllifi Tomas Cefferson yazırdı: “İnsanlar onların razılığı ilə hakimiyyət əldə edən və onları idarə edən hakimiyyəti yaradırlar”.

Seçkilərdən sonra vəzifəyə seçilmiş şəxslər öz fəaliyyətləri haqqında seçicilərə – məhz bu idarə etdiyi vətəndaşlara hesabat verirlər. Yekunda isə hakimiyyətin itirilməsi ehtimalı seçkilərdə qalib gələnlər xalqın etibarını doğrultmağa, vətəndaşların maraqlarını qorumağa və ölkədə mövcud vəziyyətin diqtə etdiyi siyasəti həyata keçirməyə zəmanət verir.

XIX əsrdə Avropada demokratlar parlament üzvləri üzərində səmərəli nəzarətin həyata keçirilməsi üçün və parlament üzvü seçicilərin ümidini doğrultmadığı təqdirdə onun vaxtında dəyişdirilərək başqa, daha layiqli və peşəkar şəxslə əvəz olunması üçün parlamentin hər il seçilməsini tələb edirdilər. Hazırkı şərtlərdə hakimiyyət və parlamentə iqtisadiyyatı səmərəli şəkildə idarə etmək və müəyyən siyasi kursun formalaşması üçün bir ildən çox vaxt lazımdır. Dördillik müddət hal-hazırda ən mməqbul zaman hesab olunur – bir tərəfdən hakimiyyətin lazımi stabilliyə nail olması üçün zamanı olur, digər tərfdən isə seçicilər qarşısında hesabat vermə öhdəliyi və cavabdehlik mütləq saxlanılır.
Gürcüstan konstitusiyası ölkə prezidentinə qanunla müəyyən olunmuş müddətdə seçki tarixini təyin etmə hüququ verir. Konistusiyaya görə, Gürcüstan Parlamenti və yerli özünüidarəninnümayəndə orqanı – bələdiyyə məclisi dörd illik müddətə seçilir. Lakin dörd il müddətinə seçilmiş parlament və bələdiyyə məclisləri bizim ölkəmizin yaxın tarixində (əgər 1991-ci il dövlət çevrilii və 2003-cü il inqilabından sonra seçilmiş parlamentləri nəzərə almasaq) bir dəfə də olsun düz dörd ildən sonra dəyişməyib.
1990-cı ildən ölkəmizin bütün prezidentləri həm bələdiyyə məclislərinin, həm də Parlamentin səlahiyyətlərini ən az yarım il müddətinə uzadıb. Bununla da seçicilərin Parlament və yerli özünüidarə orqanlarına öz nümayəndələrini dörd illik müddətə seçməkhüququ pozulub. Seçki müddətinin qorunması çox mühümdür, Gürcüstan qanunvericiliyi vətəndaşlara seçdikləri nümayəndə seçkili orqanlarda onların ümidlərini doğrultmadığı və onlara həvalə olunmuş vəzifələri seçicilərin arzuladıqları kimi yerinə yetirmədiyi təqdirdə onları geri çağırmaq və daha yaxşı, daha bacarıqlı nümayəndə ilə əvəz etmək imkanı verir.

Demokratik ölkələrdə azad və ədalətli seçkilərin əsas tələbi odur ki, hakimiyyətdə olan partiya və ya partiyalar seçkilərə nəzarət etməsinlər, onların əsassız üstünlükləri olmamalıdır. Bu həm seçkilərin keçirilmə müddəti, həm də seçkilərin keçirilmə üsuluna aiddir.
Azad ədalətli seçkilər demokratik dövlətin formalaşması üçün mühüm elementlərdən biridir, lakin seçkilər öz-özlüyündə demokraatiya üçün zəmanətdir.
Demokratik cəmiyyət üçün xarakterik olan ədalətli seçkilərin keçirilməsində seçki sistemi əhəmiyyətli rol oynayır.
Dünyada bir neçə növ seçki sistemindən istifadə edirlər. O cümlədən, geniş yayılmış majoritar, proporsional və qarışıq sistemlərdən istifadə olunur.
Majoritar seçki sistemi zamanı ölkə təxminən eyni ölçülü birmandatlı seçki dairələrinə bölünür. Seçicilər seçki bülletenində olan namizədlərdən yalnız birinə səs verə bilərlər. Digər namizədlərdən daha çox səs toplamış namizəd seçilmiş hesab olunur.

Sistemin müsbət tərəfi – bu sistemdən istifadə edilən zaman müstəqil şəxslər də öz namizədliklərini irəli sürə bilərlər, namizəd və seçicilər arasında şəxsi əlaqələr yaranır və seçicilər arasında seçilmiş orqan stabilliyin yüksək səviyyəsi ilə xarakterizə olunur.
Sistemin mənfi tərəfi – seçkili orqanın mandatlarının bölünməsi zamanı seçicilərin səsinin əhəmiyyətli sayı nəzərə alınmır. Qalib gəlmiş namizədlərdən başqa digər namizədlərə səs vermiş seçicilərin sayı itir (qalib gəlmiş namizəd 40% səs toplaya bilər və bu digər namizədlərin ayrı-ayrılıqda səsindən çox ola bilər. Bu zaman 60% seçkili orqanda nümayəndəsiz qalır).

Proporsional (partiyalı) seçki sistemi zamanı partiyalar namizədlərin ümumi siyahısını hazırlayır. Hər bir seçici öz səsini onun üçün məqbul olan partiyaya verir. Qanunla müəyyən olunmuş baryeri aşan partiya topladığı səslərə birbaşa proporsional olaraq seçkili orqanda müvafiq sayda yer qazanır.
Sistemin müsbət tərəfi – mandatların bölünməsi zamanı seçicilərin səsinin əksəriyyəti nəzərə alınır. Cəmiyyətdə mövcud olan siyasi vəziyyətin obyektiv rəsmi görünür. Çoxpartiyalı şəraitdə bu daha demokratik sistemdir, seçici müəyyən partiyanın nümayəndəsinin siyasi mövqeyini partiyasız namizədlərə nəzərən daha asan müəyyən edir.
Sistemin mənfi tərəfi –mandatların bölünməsi zamanı qanunla müəyyən olunmuş baryeri aşmaq üçün lazımi qədər səs toplaya bilməyən partiyalar partiya siyahılarını birləşdimək və seçki bloku yaratmaq üçün yaxşı əsas əldə edir, bu isə seçiciyə bu və ya digər namizədə münasibətdə öz mövqeyini bildirmək imkanı vermir.

Qarışıq sistemdə majoritar və proporsional sistemlər birləşdirilir. Belə sistem seçicilərin əksəriyyətinin səsini toplamış partiyaya imkan verir ki, mandatların çoxunu qazansın, lakin seçkili orqanda digər partiyaları təmsil edən müxalifət nümayəndələrinin də olmasına zəmanət verir.

Bu sistem çoxpartiyalı şəraitdə seçki mübarizəsinin yalnız partiya siyahılarının mübarizəsinə çevrilməməsini və seçkilərin partiyalılığının ayrı-ayrı namizədlərin mübarizəsi ilə birləşdirilməsini təmin edir ki, bu da namizədlərin çıxarılması zamanı siyasi partiyaların monopoliyasını istisna edir.
Gürcüstanda Prezident majoritar seçki sistemi ilə seçilir, yerli özünüidarə orqanları və parlament seçkiləri isə majoritar və proporsional sistemlərdən istifadə olunmaqla keçirilir.

Məqalə
Mariam Kvaçadze
Tərəfindən seçki ədəbiyyatı materiallarına əsaslanaraq hazırlanıb