İori çayında təmizlənmə işləri aparılıb

posted in: Cəmiyyət, Inprastuktura | 0

İori çayında uzun müddətdir ki, əahli çimməyi dayandırıb. Bunun səbəbi heyvandarlıqla məşğul olan əhalinin çayda yun yuyarkən atdıqları zibillərdir. Eyni zamanda oradan keçən əhalinin də məişət əşyalarını atmasıyla çay artıq xalqın sağlamlığı üçün təhlükəli olmağa başlayırdı.
Gürcüstanın təbiəti və təbii resursları qoruma nazirliyi bu məsələyə əl atdı. Nazirliyin Kaxeti regionu nümayəndəsi Hacan Əliyev bu haqda danışdı ” Hal hazırda dünyada ən aktual mövzulardan biri ekologiya mövzusudur. Gürcüstan turizm ölkəsi olduğuna görə son illərdə ekologiya sahəsində qanunlar sərtləşdi və nəticə tez əldə olundu. Gürcüstanda təmizliyi qorumaq üçün hakimiyyət vahid program yaratdı. Artıq ətrafa zibil atanlar 80 laridən 2000 lariyə qədər cərimə yazılır. İori çayında isə əsas problem yun yuyularkən atılan zibil və məişət tullantıları idi. Bizim idarə artıq çayı təmizlədi. Qeyd etmək istəyirəm ki ekologiya və təbiəti qorumaq tək bizim deyil əhalinində işidir.”
Kənan Əliyev