İor-muğanlı icmasına yeni zibil maşınları gətirildi

posted in: Xəbərlər | 0

İor-muğanlı icmasında təmizlik işləri görmək üçün Saqareco muniçipaliteti iki yeni zibil maşını gətirdi. Maşınlar həftənin iki günü Düzəyrəmnən Ləmbəliyə qədər əsas yollardakı zibili daşıyır. Bu haqda Gürcü arzusu Ləmbəli sakrebulo majoritar namizədi Elşad Kurbanov məlumat verdi. O, eyni zamanda bildirdi ki, “seçgilər bitdikdən sonra bələdiyyə zibillərin kəndən çıxarılmasına daha çox pul ayırmağı planlayır. Kəndin əsas yollarına zibil qutuları qoyulacığı və Ləmbəli dərəsinin təmizlənəcəyi planlaşdırılıb”. Bundan əlavə bir müddət sonra zibil qutluranın tək əsas yollar deyil ara küçələrə yerləşdiriləcəyi də danışılır.
Tozu Gülmamedova