İor-muğanlı icmasında Amerikalı qonaq

posted in: Təhsil, Xəbərlər | 0

İor-muğanlı kəndində fəaliyyət göstərən “Foreign languages courses” ingilis dili hazırlıq kursu Amerikanın Chikago ştatından qonaq qəbul etdi.
Ləmbəli məktəbinin ingilis dili müəllimi Beyrək Nəsibovun rəhbərlik etdiyi kursda Gurcaanidə könüllü ingilis dili öyrədən Zach Fabos bir günlük ingilis dilində şagirdlərlə söhbət etdi. Beyrək müəllimin fikrincə bir dili tam olaraq öyrənmək üçün nəinki yalnız o dilin qramatikasını öyrənmək, həmçinin həmin dildə söhbət etmək də lazımdır. Buna görə də Beyrək müəllim həftənin bazar günləri kursuna bir ingilis və ya ingilis dili filoloqu qəbul edir. Dünən yəni 15 oktyabr da həmin günlərdən biri idi. Beyrək müəllimin bu dəfəki qonağı Amerika vətəndaşı Zach idi və bu görüşdə 30 a yaxın şagird iştirak etdi. Zach və şagirdlər bir biri ilə tanış oldular. Qonağımız Zach və ingilis dili kursu hazırlıq şagirdləri qarşılıqlı olaraq bir birinin mədəniyyəti ilə tanış oldular.