Gürcü arzusu və Avropalı Gürcüstan İor-muğanlı namizədlərini tanıyaq

Avropalı Gürcüstan partiyasının İor-muğanlı kəndi sakrebulo majoritar namizədi Qoşkar Hüseyinovdur. O, 1995-cu ildə anadan olub, hazırda Gürcüstanın Texniki universiteti ikinci kurs tələbəsidir. Qoşkarın fikrincə bizim ən böyük problemimiz öz haqqlarımızı lazimi orqanlardan tələb edə bilmirik.
Mən Qaraçöpün bir gənci olaraq ilk addımı atdım və dəstək olarsa elimizin problemlərini həll edəcəyəm. Bizim evlərdə su yoxdur, yollarımız pis vəziyyətdədir, uşaq bağçamız və mədəniyyət mərkəzimiz yoxdur. Yollarımız hələ yeni düzəldilir bu əslində bizim günahımızdır çünki biz seçkiyə ciddi yanaşmırıq və iştirak etmirik. Əlimizdəki işlərə başımız o qədər qarışıb ki, irəli baxa bilmirik, haqqımızı tələb edə bilmirik. Mən seçilsəm əgər öz elimizin irəli getməsi üçün gənclərə dəstək olacağam. Bu gün kəndimizin 70%-i savaddan məhrumdur qalan 30% isə, öz işləri ilə o qədər məşğuldur ki el üçün bir şey edə bilmir. Tək əldən səs çıxmaz gənçlərə məsləhətim gəlin birləşək. Mən bilirəm ki elimizin igid evladları çoxdur onlar adlarını alıb. Amma o igidlər öz haqlarını tələb etməyi elimizi gözəlləştirməyi bacarmayıblar. Səs verməyə qalanda isə mən sizdən səs verməyi tələb edirəm, gənçlərin inkişaf etməsi üçün. Eyni zamanda seçildikdən sonra da mənim vəd etdiklərimi məndən tələb etməyənizi istəyirəm.”

Ayaz Bayramov Gürcü arzusu sakrebulo majoritar namizədidir. Gürcüstan Texniki universiteti ekonomika məzunudur, hal-hazırda TBC bankda servis administratoru vəzifəsində çalışır.
“Biz kəntdə uşaq bağçası tikməyi planlayırıq, daha sonra isə mədəniyyət mərkəzi də planımızda var. Mədəniyyət mərkəzini Socarın dəstəyi ilə tikməyi planlaşdırırıq. Yollarımız düzələsidi bunun üçün biz işə başlamışıq ehtiyac olan yerlərə xır töküləcək, qalan yerlərdə isə düzəliş olunacaq. Su problemimiz var hazırda işləyirik. Eyni zamanda fevral ayından etibarən kəndə zibil qutuları gələcək. Mən bankda işlədiyim vaxt əlimnən gəldiyi qədər xalqa kömək edirdim, seçildikdən sonra öz elimə daha çox kömək edəcəyəm. Mən də buranın övladıyam gənclərə dəstək olacağam. Baxmayaraq ki, gəncəm və bu işlərdə təcrübəm yoxdur mən inanıram ki xalqın, böyüklərin güvənini qazanmağı bacardım.”