Avropalı Gürcüstan və Gürcü arzusu Ləmbəli majoritar namizədləri

Elşad Kurbanov Gürcü arzusu Ləmbəli sakrebulo majoritar namizədidir. Elşadın 40 yaşı var və beş uşaq atasıdır.
2006-2010 illərində Ləmbəli sakrebulo deputatı olub.
“Mən kəndə xidmət edəcəyimə söz verirəm. Gənclərin maariflənməsi üçün əlimnən gəldiyi qədər sakrebuloda məsələ qaldıracağam. Düsünürem ki, bu hakimiyyət bizə lazımı qədər azadlıq verdi. Ona görə bu partiyayı dəstəkləyirəm amma mən partiyaya deyil dövlətə xidmət edəcəyəm. Məqsədim tək xalqımıza deyil ümumi Gürcüstan vətəndaşlarına xidmət etməkdir. Düşünürəm ki, bu seçkidə aktivlik daha çox olacaq, artıq siyasətə maraq artıb. Mən istəyirəm ki xalqım kimə səs versədə seçkiyə gəlsin. Mənim digər namizədlərdən fərqim odur ki, mən bu işin məsuliyyətini təcrübəmnən dolayı bilirəm. Əgər mənnən daha yaxşı namizəd gələrsə mən hazıram səsimi, dəstəyimi ona verim.”

Ləmbəli kəndi Avropalı Gürcüstan sakrebulo majoritar namizədi Mübariz Məmmədovdur. Mübariz bəy öncə Telavide buğalteriya özrə sonra isə Rustavide ekonomika oxuyub. 2012-2014 illərində Ləmbəli kəndi sədri kimi işləyib. O, sədr olan vaxtı Ləmbəlidə iki uşaq bağçası açdırıb.
“Mən sədr olan vaxt öz təşşəbbüsümlə iki 25 nəfərlik özəl uşaq bağçası açdırdım. Ləmbəlidə problemlər çoxdur məsələn uşaq bağçaları niyə Ləmbəlidə şəxsi binada olsun? Dövlət ayda sadəcə 100 lari ödəyir. Niyə mədəniyyət mərkəzi yoxdur? Su problemləri Ləmbəlidə daha çoxdur. Yollara təzə su boruları çəkilib amma standartlara uyğun deyil. Kanallar kəndin aşağısından, alçaq yerlərindən çəkilib mənə maraqlıdır bu su yuxarı nə təri çıxacaq? Zibil maşınları gəlib qutular yoxdu. Mən xalqıma demək istəyirəm ki seçkidən sonra bu işlərin davamı olmayacaq, onlar vədlərini yerinə yetirməyəcək. Zibil maşınları haqqında demək istəyirəm ki sakrebulodan o məsələyə pul ayrılmayıb. Əgər bu maşınlar bizimdirsə niyə işçiləri bizim kəntdən deyil? Kanalizasiya çəkiblər hansiki qışda faciəyə səbəb olacaq. Mən həmişə haqqı tələb edirem, kəntdən ötürü yeri gəlsə canımdan keçərəm.”