Gürcü arzusu majoritar namizədi güllələnib

posted in: Xəbərlər | 0

Gürcü arzusu Qızılhacılı sakrebulo majoritar namizədi Ceyhun Çoydarov seçki məntəqəsinin önündə vurulub. Gaxa.ge saytının məlumatına görə Ceyhunla birlikdə onun dostları və qaynatası da yaralanıb.Hadisədən sonra Gürcüstan daxili işlər naziri Qızılhacılıya gedib hadisə olan yerə baş çəkib. Kvemo Kartlı qubernatoru isə majoritar namizədi xəstəxanada ziyarət edib.Hadisə yerini eyni zamanda Gürcü arzusu Marneuli meri namizədi Teymur Abazov, parlament deputatları Ruslan Hacıyev, Savalan Mirzəyev və Arçil Talakadze ziyarət ediblər. Eyni zamanda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qızılhacılı kəndinə gedib və hal-hazırda xəstəxanada olan Ceyhun Çaydarova və digər yaralılara baş çəkib. Həkimlərin məlumatına görə əməliyyatdan sonra reaminasiya şöbəsindədir və həyatında təhlükə yoxdur. Hadisəylə bağlı cinayət işi açılıb.
Hadisəylə əlaqədər İpn-ə interviu verən Avropalı Gürcüstan marneuli bələdiyyə sədri namizədi Əhməd İmamquluyev hadisənin partiya daxili qarşıdurma ola biləcəyini bildirdi.
Tozu Gülməmədova