“İnformasiya aclığı”nı yenmək üçün icma radiosu [audio]

posted in: Cəmiyyət | 0

2014-cü ildə icma radiolarına lisenziyanın verilməsi haqqında qanunvericiliyə edilən dəyişiklik edildikdən sonra icma yayınlarının təsis olunması və inkişafı sahəsində əhəmiyyətli dərəcədə tərəqqi müşahidə olunur.

“Artıq fəaliyyət göstərən və yayımlanan, bir hissəsi isə internetdə təmsil olunan icma radioları uzun illər milli və yerli media vasitələrinin üzərinə götürə bilmədikləri funksiyaları öz üzərinə götürüblər. Söhbət öz bölgələrinə məlumat çatdıra bilməyən regional teleşirkətlərdən gedir. Onların auditoriyasının böyük hissəsi bu gün də peyk vasitəsilə xarici kanalları izləyir.

İcma radioları konkret icmaların içinə sızmışlar və o auditoriyaya əvvəllər internet və sosial şəbəkələr vasitəsilə çatdırıla bilməyən məlumatları çatdırırlar.
“Hal hazırda söhbət ən az iki bölgədə məskunlaşmış azərbaycandilli icmadan və iki-üç bələdiyyədə məskunlaşmış ermənidilli icmadan gedir. Bu yerlər icma yayımlarının başladığı birinci etapdır. Həmçinin Pankisi dərəsində yaşayan Kist icmasını da əlavə edərdim. Bu icmaya illər ərzində sırf islam dininə mənsub olduqları üçün düşmən kimi yanaşılıb.” – internet mediası üzrə mütəxəssis Konstantin Stalinski bildirir.

“Mənim üçün də xüsusilə işləməyə yeni başlayan insanları göstərmək maraqlı idi. Xüsusilə də icma radioları. Bu deyə bilərəm ki, Gürcüstanda yeni meyvədir və mənim fikrimcə çox böyük perspektivi var, çünki Gürcüstanda çoxlu kiçik icmalar var ki, onların informasiya aclığı var.

İcma radioları televiziya və hətta bəzən qəzetlərə nisbətən ucuz başa gəlir. Buna görə də icma radiostansiyalarının böyük perspektivi var. Bizim müəyyən təcrübələrimiz var, lakin texnologiya elə sürətlə inkişaf edir ki, təcrübə də sürətlə köhnəlir. Bu texnologiyalar özü ilə kontentin yaradılması baxımından yeni şərait, yeni imkanlar gətirir.” – “Dzveli kalaki” (“Köhnə şəhər”) radio şirkətinin direktoru İrakli Maçitadze bildirir.

Leave a Reply