İndiyə qədər sayılan səslərə əsasən nəticələr

posted in: სიახლე | 0

Artıq nəticələr getdikcə məlum olur. Mərkəzi seçki komitəsindən (cesko) aldığımız məlumata görə Sagareco muniçipalitetində göstəricilər belədir;
Sagarecoda fəaliyyət göstərən 50 seçki məntəqəsindən 34-dəki səslər artıq hesablanmışdır və göstəricilər belə göstərir ki səs üstünlüyü hakimiyyətdə olan Gürcü Arzusundadır.

Giorgi Erboconashvili (41) 68.75 %

Garsevan Buxnikashvili (5) 13.14 %

Amiran Sonishvili (2) 10.24 %

Soslan garsenashvili (8) 7.87 %

Ümumi Gürcüstanda isə Lİderlik Gürcü Arzusunda olmasina baxmayaraq faiz göstəricisi biraz geridə qalır. Həmçinin onu da deyək ki bariyeri hələlik yalnız 4 siyasi partiya keçə bilmişdir.

Gürcü Arzusu- Demokratik Gürcüstan 55.65 % (642939 nəfər)

Vahid Milliyətçi Hərəkat partiyası 17.03 % (196771 nəfər )

Avropalı Gürcüstan 10.36 % (119719 nəfər)

Gürcüstan Vətənpərvərlər Partiyası 6.32 % (73002 nəfər)

Nəticələrə görə qalan partiyalar isə hələlik bariyeri keçə bilməyib

Gürcüstanın işçi partiyası 3.32 % (38390 nəfər)

Yeni Gürcüstan Partiyası 1.42 % (16383 nəfər)
Mənbə:Cesko
Hüseyn Hüseynov