Düzəyrəmdə torpaqların satılması maldarlıqla məşğul olanları çətin vəziyyətə salır

posted in: Xəbərlər | 0

Düzəyrəmdə maldarlıqla məşğul olanlar çətinlik çəkir. Kəndin digər yarısından fərqli olaraq düzəyrəm kəndində əhali mal-qarasını aranda (kəntdə) saxlayır. Ancaq bir neçə ildir ki kəndin otaracaqları iranlı iş adamı Rəşid tərəfindən satın alınmışdır.Kənd xalqı etiraz etdikdən, sonra yaz aylarından etibarən bu ərazilərin bir hissəsini müvəqqəti olaraq kənd naxırına otaracaq kimi verilmişdi. Payızın başlaması ilə bu yerlərdə otarmaq mümkün deyil və digər ərazilər isə əkin yeri kimi istifadə edilir. Buna görə də, maldarlıqla məşğul olanlar çox çətin vəziyyətlə qarşılaşır.
Bu kəntçilərdən biri də maldarlıq və aqrar-təsərüffatla məşğul olan İlqar Huseynovdur:
Kəndin ərazisi həddindən artıq məhdudlaşıb. Gürcüstanın ət ehtiyyatının çox hissəsini İor-muğanlı kəndi təmin etməsinə baxmayaraq bu problem hələ də aktuladır. Bu bütün kənd əhalisinin narazılığına səbəb olur. Əlaqəli qurumlardan xahiş edirik ki, bu problemin həll yolu axtarılsın.
Huseyn Huseynov