Məcid Məmmədovun son sözləri və cinayətin detalları

posted in: Xəbərlər | 0

Dünən axşam saatlarında bıçaqlanaraq öldürülən Məcid Məmmədov cinayətinin detalları ortaya çıxdı. İddiaya görə dəmir materialları satan Məcid və onun kiçik qardaşınnan material götürən O.Q uzun müddət borcunu ödəməyib. Gündüz saatlarında dəmir ustası olan şəxslə kiçik qardaş arasında qarşıdurma olub. Nəticədə hadisəyə böyük qardaş Məcid müdaxilə edib.
İddiaya görə cinayət İor-muğanlı məktəbinə yaxın asfaltda baş verib. Kiçik yaşlarda bir qızı olan, Məcid Məmmədov xəstəxanaya çatmamış vəfat edib. Son nəfəsində isə: “Qızım sizə əmanət” dediyi iddia olunur. Hadisə haqqında cinayət məcələsinin 108-ci maddəsinə əsasən qəsd adam öldürməkdən iş açıldı. Kəntdən son gələn məlumatlara görə cinayəti törədən O.Q hələ tutulmayıb.
Tozu Gülmamedova