İor-muğanlının satılmış torpaqları [Audio]

posted in: Cəmiyyət | 0

Radio İvrisi efirində Hüseyn Hüseynovun aparıcılığında verlişin qonağı kəntdə mal-qarayla məşğul olan Fariz Məmmədovdur. Verlişin mövzusu İor-muğanlı icmasının satılımış torpaqlarıdır. Öncə təsərrüfatı sonra isə maldarlıqla məşğul olan , Düzəyrəm kənd sakini Fariz torpaqların satılmasıyla artıq aiələsini dolandırmaqda çətinlik çəkdiyini bildirdi. “Bizə atalarımızdan əkin-səpin və maldarlıq miras qalıb. Artıq 4 ildir topaqlarımız kənd əhalisinə xəbər vermədən satılıb. Əgər bizə xəbər edilsəydi biz birləşib torpağın bir qismini alardıq. İndi biz qapımızın önündəki torpaqlara kirə verməliyik mal otarmaq üçün, bizim nə qədər qazancımız var ki, biz torpağın kirəyə pul verək? Biz dəfələrlə Daxili işlər nazirliyinə və Kənd təsərüffatı nazirliyinə müraciət etdik, təəsüf ki, cavab gəlmədi. Mən dövlətimizə müraciət etmək istəyirəm biz bu vətəni sevirik və qayğısına qalırıq eyni qayğıyı dövlətdən gözləyirik. Biz burada ailəmizi dolandıra bilməyəndə məcburuq başqa ölkəyə gedək. ”

http://