Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu gün işə başladı

posted in: Xəbərlər | 0

Bakı-Tbilisi-Qars dəmiryolu xətti işə düşdü. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ilk yük qatar yola salındı. Açılışda Gürcüstan Baş naziri Qiorqi Kvirikaşvili, Azərbaycan Prezidenti İlham Əliyev, Turkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov iştirak etdi.

Tədbirdə çıxış edən İlham Əliyev;” Bakı-Tbilisi-Qars tarixi İpək yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləştirəcək”.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisi sazişi 2007-ci ildə Tbilisidə imzalanıb. Dəmir yolu Mərkəzi Asiya ölkələrinin Avropa bazarına çıxışını asanlaşdıracağı gözlənilir.
Tozu Gülmamedova