Videocərimələrin yerinə yetirilməsinin yeni qaydası – Sürücülərin diqqətinə

Daxili işlər nazirliyindən aldığımız məlumata görə 2017-ci ilin 1 noyabrından etibarən Gürcüstan inzibati xətalar məcəlləsinə videocərimələrin verilməsinin yeni qaydası əlavə olunur.
Daxili işlər nazirliyi bildirir ki, bu il bütün ölkənin miqyasında 3000-ə qədər ağıllı kamera yerləşdiriləcək.
Qanun pozan sürücülər isə aşağıdakı hallarda cərimələnəcəklər:

•İşıqforun qırmızı işığında keçmək

•İkiqat xəttin keçilməsi

•Yüsək sürət

•Qarşı istiqamətdə hərəkət

•Bələdiyyə nəqliyatının xəttində hərəkət

Yeni tənzimləməyə əsasən qanun pozuntusu edən şəxsə qısa bildiriş mesajı və ya program vasitəsilə xəbərdarlıq göndəriləcək.

• Yol hərəkəti təhlükəsizliyi sahəsində törətdikləri pozuntu barədə mətn (sms) məlumatı vasitəsilə məlumatlandırıldıqdan 10 təqvim günü içərisində cərimənin ödənilməsi təqdirində şəxs 20%-lik endirim alır.

•Əgər şəxs mətn mesajı göndərildikdən sonra 10 təqvim günündə videocərimə ödənişini ödəməsə cərimə haqqında cəza qəbzi şəxsin ünvanına göndəriləcək.

•Videocərimələrin qeydə alınma yerindən asılı olaraq ödənilməməsi təqdirində cəza qəbzi 30-60 gün içində təkrar göndəriləcək.

•Cəza qəbzi 2 dəfə posta ilə tapşırılması təqdirində, Gürcüstan daxili işlər nazirliyi cərimələrə isternet üzərindən baxılmasına imkan yaradır.

•Cəza qəbzi qəza törədildikdən 30 gün sonra tapşırılmış sayılır.

•Videocəzalar cəza qəbzi çatdırılandan 30 gün içində keçirilməlidir. Ödənilmədiyi təqdirdə ona pul cəzası sayılır və Gürcüstan qanununa əsasən məcburi yerinə yetirmək qaydası qüvvəyə minir.

•Vətəndaşa banklar həmçinin, bankomat və xidmət agentliyindən istifafə etməsinə fürsət verilir.

Qeyd edirik ki, video və ya şəkilli cərimələrdə 100 ballıq sistem fəaliyyət göstərmir.

www.police.ge

Huseyn Huseynov