Qazlar sakinin səkkiz malı oğurlanıb

posted in: Xəbərlər | 0

Mal-qarayla məşğul olan Qazlar kənd sakini Alı Alıyevin binəsindən 8 malı oğurlanıb. Alı Alıyevin dediyinə görə “Biz binədə qonaqlarla məşğul idik. Qonaqlar getdikdən sonra baxdıq mal saxladığımız yerin (xalxalın) qapısı buzov kəndiri ilə bağlanıb. Malı saydıqda məlum oldu ki, toplam dəyəri 10 000 laridən çox olan 6 dişi 2 erkək mal oğurlanıb.”

Kvareli tərəfdə baş verən hadisəyədə zərərçəkənlər polisə müraciət ediblər. Qeyd edək ki, yaxın zamanda eyni ərazidə oxşar hadisə yenə baş vermişdi və oğrular qısa zamanda həbs olundular.
Tozu Gülmamedova