Kyokuşinkai idman növü [Audio]

posted in: İdman | 0

Qəlbiyyət Hacıyevin aparıcılığında idman verlişinin qonağı kyokushinkai idman növü məşqçisi, beynəxalq dərəcəli döyüşçü Cəfər Əbdülrəhmanovdur. Verlişin mövzusu idman növünün tarixi və icmada olan maraqdır. “Cəsur döyüş” idman klubunun məşqcisi olan qonağımız kyokuşinkai idman növünün yaranma tarixinnən geniş məlumat verdi. “Kyokuşinkai (mütləq həqiqətləri axtaranlar cəmiyyəti) bir idmançının bütün digər idman növlərini rəqsə bənzətməsiylə yeni, əsl idmanı axtararkən yaranıb. Bu idman növü Qafqazda 1994-cü ildən tanınmağa başlayıb. Qeyd edim ki, Qafqazda ilk çempion bizim elimizdən olan Məhəddin Piriyev olub. Kyoşunkainin digər idman növlərindən fərqi güc və zəkayı eyni anda tələb etməsidir. Əlbəyaxa döyüşlərin içində ən dsiplinli növ sayılır buna görədə hərbi və digər sahələrdə çox istifadə olunur. Ümumiyətlə idman heç vaxt zorakılıq tətbiq etmək üçün istifadə edilməməlidir.”