Sahil Allahverdov Avropa çempionu oldu

posted in: İdman, Xəbərlər | 0

Soğanlıqdan (Ponicala) olan istedadlı gəncləri sizlərə tanıtdırmaq üçün düşünürük. . Haqqında məlumat vermək istədiyimiz ilk istedadlı gəncimiz Sahil Allahverdovdur.

Sahil Allahverdov 1999-cu il yanvarın 9-da Soğanlıq kəndində dünyaya gəlib. 2005-2017-ci illərdə Soğanlıqda yerləşən №218-saylı ictimai məktəbində oxuyub indi isə təhsilini davam etdirmək istəyir. 2009-cu ildə idmanın boks növünə başlayıb və 9 ildir ki, idmanla məşğuldur. Bu günə kimi, dörd dəfə Gürcüstan çempionu olub iki dəfə yeniyetmələr arasında, iki dəfə isə gənclər arasında. 2015-ci ildə Ukrayna da yeniyetmələr arasında Avropa çempionu, 2016-ci ildə Rusiyada gənclər arasında Avropa 2-cisi və 2017-ci ildə Türkiyədə gənclər arası Avropa çempionu olub. Onu da qeyd edim ki, Sahil Gürcüstan azərbaycanlıları arasında boks üzrə ilk idmançıdır hansı ki, bu qədər nailiyyəti var. Hal-hazırda Gürcüstanın milli boks yığmasında fəaliyyətinə davam edir.

Haciyev Qalibiyyət