Gürcü pendiri Avropa bazarında hansı standartlara cavab verməlidir?

posted in: Iqtisadiyyat | 0

65 yaşlı Omar Cəlilov Sagareco bələdiyyəsinin Yormuğanlı icmasının Ləmbəli kəndində yaşayır. Onun 400-ə qədər qoyunu var. Pendiri dağda hazırlayır və Yormuğanlı bazarında 12-15 lariyə satır.

Onun dediyinə görə, əgər Avropa bazarı açılarsa, gəlirləri də artar. Çox arzulayır, lakin bunun üçün məhsulun hansı tələbatlara cavab verməli olduğunu bilmir, heç bir məlumatı yoxdur. Pendiri əcdadları necə hazırayırdısa, elə hazırlayır.
Aydəmir Hacıyev də Omar Cəlilov kimi qoyun pendiri satır. Qoyunları dağdadır və özü də hər yaz ailəsi ilə birlikdə ora gedir. “Məhsulumuz xaricə getsə, yaxşı olar, burada qiymətlər yüksək deyil, bizə heç nə qalmır. Hakimiyyət bizə deməlidir nə edək, necə edək, biz hardan bilirik?!”

Gürcü pendirinin Avropa bazarına çıxarılması üçün yalnız arzulamaq yetmir. “Asosiasiya Sazişi” çərçivəsində məhsul müəyyən tələbatlara cavab verməlidir. Mütəxəssislərin qiymətləndirməsinə görə, gürcü pendirinin xarici bazara çıxarılmasının real potensialı var. “Assosiasiya Sazişi”nə əsasən, sahibkarlar kritik nəzarət nöqtələrinin izlənəbilməsinə (HACCP) cavab verməlidir, yəni, mikrobioloji yoxlamalar nəticəsində məhsul təmiz olub olmadığı aydın olmalıdır, sahibkar HACCP standartlarını o dərəcədə tətbiq etməlidir ki, mağazadan təhlükə yarada biləcək məhsulları çıxarmalıdır. Bu sazişdə nəzərdə tutulan tələb heyvanların sağlam olmasıdır. Yəqin ki, 2020-ci ilə qədər bu standartlara cavab verə bilərik, yalnız bundan sonra gürcü pendirini 500 milyonluq Avropa bazarına çıxarmaq imkanımız olar,” – deyə Gürcüstan Fermerlər Assosiasiyasının sədri NinoZambaxidze qeyd etdi.
Assosiasiya sazişinə əsasə Gürcüstan tərəfini tələbləri yerli bazarda da tətbiq edir. Hal-hazırda pendirin təhlükəsizliyiniakkreditasiya keçmiş laboratoriyalar yoxlayır. “İstehlakçılar əmin olmalıdır ki, məhsulun düzəldilməsi üçün süd alınan heyvanlar sağlamdır. Məsələlərdən biri də istehlakçının yüksək keyfiyyətli məhsul almaq tələbidir. Aqrar bazarda hələlik istehsal olunmuş məhsulun yoxlanılması aparılmır, market və supermarketlərə gəlincə isə, burada heç bir problem yoxdur.” – NinoZambaxidze bildirdi.

“Assosiasiya sazişi”nə əsasən, 2017-ci ildə fermerlər aqrar bazarda yoxlamalardan keçməmiş məhsul sata bilməyəcəklər. Onlar laboratoriyalarda təhlükəsizliyi müəyyənləşdirə biləcəklər.
Heyvan mənşəli məhsullar, o cümlədən, pendir və digər süd məhsulları ilə bağlı Avropa İttifaqının tələblərinin siyahısı kifayət qədər genişdir. Onların arasında heyvanların identifikasiyası/qeydiyyatı, elektron bazanın yaradılması və heyvanların keçici xəstəliklərinin profilaktikası da var.

Bu baxımdan Gürcüstan Avropa standartlarına yaxınlaşmağa 2012-ci ildən başlayıb. Bu barədə Heyvanların Qeydiyyatı və İdentifikasiyası İdarəsinin rəhbəri Zviad Aslanişvili ilə söhbət etdik.
“Kənd Təsərrüfatı Nazirliyi heyvanların identifikasiyası-qeydiyyatı məsələsini qarşısına məqsəd qoyub və bu proses 2012-ci ildən kampaniya xarakteri alıb. 2012-2014-cü illərdə 1 300 000-dən artıq iribuynuzlu heyvanın identifikasiyası qulaqlarına taxılan nişanlarla həyata keçirilib. Bu nişanlar heyvanın hər iki qulağına taxılır. Keçən il təxminən 400 000-ə qədər iribuynuzlu heyvanın identifikasiyası həyata keçirilib. 2015-ci ildə hakimiyyət kiçikbuynuzlu heyvanların identifikasiyası layihəsini də təsdiqləyib. İlkin mərhələdə layihəyə üç bölgədə başladıq, bunlar Samsxe-Cavaxeti, Tbilisinin ətraf kəndləri və Şida Kartlidir. Digər bölgələrdə, o cümlədən, Kaxetidə işlər bu ilə planlaşdırılıb. İdentifikasiya ilə bərabər məlumat bazasında qeydiyyat da aparılır. Keçən il Avropa səviyyəsində qeydiyyat proqramı işləyib hazırlamışıq. 2015-ci ilin dekabrında məlumat bazasında 500 000 heyvan (həm iribuynuzlu, həm də xırdabuynuzlu) qeydə alınıb. Bazaya aşağıdakı məlumatlar daxildir. Heyvanın cinsi, yaşı, mənşəyi, identifikasiya nömrəsi, yerdəyişməsi haqqında məlumat, sahibi haqqında məlumat, saxlanıldığı yerin müvəqqəti və ya daimi olması.”
Keçici xəstəliklərə gəlincə, Zviad Aslanişvilinin dediyinə görə, onlar mərhələli şəkildə heyvanları peyvənd edirlər. “Yüksək risk zonalarında dabaq və qarayaraya qarşı pulsuz peyvəndlər hər il həyata keçirilir. Bruselyozla mübarizənin beşillik proqramını hazırlamışıq. Sağlam heyvanları da peyvənd edirik ki, onlar da xəstələnməsinlər. Veterinar xidmət bütün Gürcüstan miqyasında immun fonun saxlanılmasına çalışır. Heyvanın fərdi izlənəbilməsi xəstəliyə nəzarətin başlanğıc nöqtəsidir, bu yolla riskləri hesablaya bilirik. Məsələn, bruselyozu müəyyən etməkdən ötrü bir tövlədən on heyvanın qan nümunəsini ala bilərik. Ola bilsin ki, burada bir və ya iki heyvan xəstə olsun. Xəst heyvanı məhv etmək lazım gəldikdə onun identifikasiyasını həyata keçirmək imkanımız olmalıdır, yəni hansı heyvanın xəstə olduğunu dəqiq bilməliyik. Bu məhsulun təhlükəsizliyini zəncirin bütün mərhələlərində – istehsalat, işlənib hazırlanma və satış mərhələsində qoruyub saxlayaq.”

Mütəxəssislər Gürcüstanın heyvan mənşəli məhsulları, o cümlədən pendiri Avropa bazarına 2020-ci ilə qədər çıxara bilməyəcəyini proqnozlaşdırırlar. Ona qədər isə ölkə Avropa standartlarına yaxınlaşmalı və yuxarıda sadalanan tələblərə cavab verməlidir.

Leave a Reply