İor-muğanlıda ailə həkimi saxtakarlıqla günahlandırılır

İor-muğanlı ailə həkimi Nona Xuçişvili saxtakarlıq üsulu ilə pul götürməkdə günahlandırılır. Keşəlidə yaşayan Minə Omar qızı iddia edir ki, həkim onun, yoldaşının və qızının adına 2000 laridən artıq pulu icazəsi olmadan götürüb. Ailənin Problemli Aktivliklər Bürosundan məsələylə bağlı zəng gəldikdə xəbəri olub.

-” Biz sosial kömək alan ailəyik. Təxmini mart ayında yoldaşım xəstələndi və ailə həkiminə müraciət etdik. Həkim bizdən dərmanları niyə vaxtı-vaxtında istifadə etmədiyimzi soruçduqda isə imkanımız olmadığını dedik. Həkim isə bizə kömək edə biləcəyini və bunun üçün kəntdə yerləşən TBC banktdan hesab açtırmalı olduğumuzu bildirdi. Həkim yoldaşıma gürcü dilində yazılı bir vərəq verib banka yola saldı. Kağızda nə yazıldığını bilmirdik. Bu vasitəylə bizə 100 lari pul gəldi. Bir müddət sonra isə mən yüksək təzyiq şikayəti ilə həmin ailə həkiminə müraciət etməli oldum. Mənə də eyni yardımı düzəldəcəyini bildirdi və eyni qayda ilə məni banka göndərdi nəticədə 150 lari yardım aldıq. Bir müddət sonra qızım da həkimə müraciət etməli oldu və onun adına da bankdan hesap açdırtdıq. Sonra məlum oldu ki bizim hər birimizin adına 800 lariyə qədər pul alıb. Öyrənib yanına getdiyimizdə isə bizə hər dəfə bir- iki həftəyə ödəyəcəyini vəd verirdi.”

Digər zərərçəkən muğanlı sakini hansıki bizə açıq interviu verməyə razılaşmadı.
-” Biz buraya başqa yerdən gəlməyik əgər biz interviu verib, həkimi şikayət etsək bizi kəntdən qovarlar.”

Bir başqa zərərçəkən hansıki muğanlı sakinidir.
-” Ailə həkimi özünə kredit götürmək üçün mənim şahidliyimin lazım olduğunu dedi. Banka getdik və bəzi kağızlar imzaladım. Sonradan məlum oldu ki, mənim öz hesabımda olan pulun 4 000 larisini çəkib. Artıq iki ildir pul çəkiləli, bizə tez bir vaxtda ödəyəciyinə vəd verib. Həkim qadındı yəqin ki ehtiaycı var”.

Kəntdən aldığımız məlumata görə bu vəziyyətdə çox ailə var ancaq onlar bunu gizləyirlər.

Bu məsələ haqqında ilk dəfə speqtri.ge məlumat verdi. Onların verdiyi məlumata əsasən ailə həkimi Nona Xuçişvili həqiqəti inkar etmir və yaxın günlərdə bu problemi öz aralarında həll edəcəklərini bildirir.

Kəntdən gələn son məlumatlara görə ailə həkimi artıq bu günlərdə banka olan borcu ödəməyi planlaşdırır.

Tozu Gülmamedova