Deputatlarımızı tanıyaq

posted in: სიახლე | 0

Tüllər kəndi deputatı İlqar Ocaqverdiyev, 46 yaşı var və üç uşaq atasıdır. Universiteti Bakıda bitirib və illərdir Tüllər məktəbində müəllim işləyir.Gürcü dilini orta səviyyədə bilir.

-“Seçkidən əvvəl kəndə suyun çəkilməsinə və Qazların yollarını təmir etməyə əlimnən gəldiyi qədər kömək elədim. Planımızda Qazlar kəndinin su problemini həll etmək də var. Eyni zamanda Tüllərdə də bulağı kəndlə daha yaxın yerlərə çəktirmək istəyirəm. Mən xalqa böyük vədlər vermək istəmirəm, əlimnən gəldiyi qədər kəndi dəyişməyə çalışacam. İnanıram ki, digər kəndlərin deputatları və nümayəndələri (spalkom) ilə gözəl əməkdaşlıq edərək kəndlərə faydalı işlər görəcəyik.”

Ləmbəli kəndi deputatı Elşad Kurbanov. Elşadın 40 yaşı var və beş uşaq atasıdır.
2006-2010 illərində Ləmbəli sakrebulo deputatı olub. Gürcü dilini yüksək səviyyədə bilir.

-“Mən kəndə xidmət edəcəyimə söz verirəm. Gənclərin maariflənməsi üçün əlimnən gəldiyi qədər sakrebuloda məsələ qaldıracağam. Düsünürem ki, bu hakimiyyət bizə lazımı qədər azadlıq verdi. Ona görə bu partiyayı dəstəkləyirəm amma mən partiyaya deyil dövlətə xidmət edəcəyəm. Məqsədim tək xalqımıza deyil ümumi Gürcüstan vətəndaşlarına xidmət etməkdir.”

Ayaz Bayramov İor-muğanlo deputatı. Gürcüstan Texniki universiteti ekonomika məzunudur, TBC bankda servis administratoru vəzifəsində çalışıb. Gürcü dilini yüksək səviyyədə bilir.

-“Biz kəntdə uşaq bağçası tikməyi planlayırıq, daha sonra isə mədəniyyət mərkəzi də planımızda var. Mədəniyyət mərkəzini Socarın dəstəyi ilə tikməyi planlaşdırırıq. Yollarımız düzələsidi bunun üçün biz işə başlamışıq ehtiyac olan yerlərə xır töküləcək, qalan yerlərdə isə düzəliş olunacaq. Su problemimiz var hazırda işləyirik. Eyni zamanda fevral ayından etibarən kəndə zibil qutuları gələcək. Mən də buranın övladıyam gənclərə dəstək olacağam. Baxmayaraq ki, gəncəm və bu işlərdə təcrübəm yoxdur mən inanıram ki xalqın, böyüklərin güvənini qazanmağı bacardım.”

Düzəyrəm kəndi depuatı Etibar İlyasovdur. Etibar İlyasov 1959-cu ildə anadan olub, məktəbi Düzəyrəmdə bitirib. Fərqli sektorlarda iş təcrübəsi olan deputat , 2007-2017 illərdə Kaxeti energo distrubisyasında işləyib və seçkilərdə koordinatorluq edib. Düzəyrəm kəndində yüksək nəticəylə seçilən Etibar, kəndin yarımçıq qalan asfaltının tamamlanacağını və suvarma problemlərini həll edəcəyini vəd verib.

Nəzərinizə çatdırmaq istəyirəm ki, deputatlarımız Gürcü arzusu partiyasından seçkiyə qatılımışdırlar və ən yüksək səsi düzəyrəm deputatı Etibar İlyasov toplamışdır.

Tozu Gülmamedova