Gürcüstan Xalq Müdafiəçisi Aparatı məktəb uşaqları üçün müsabiqə elan edir

posted in: Xəbərlər | 0

Gürcüstan Xalq Müdafiəçisi Aparatı (ombudsman) müsabiqə elan edir: “Xalq müdafiəçisinə (ombudsmana) məktub”.
Müsabiqədə Kvemo Karkli, Sameqrelo, Quriaya, Samtsxe-Cavaxeti və Kaxetidən olan məktəblərin 10-cu, 11-ci və 12-ci sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqəyə əsasən onlar şəxsən Gürcüstan Xalq Müdafiəçisinə (ombudsmana) gender bərabərliyi mövzusunda məktub yaza bilərlər:
• Gender bərabərliyi və qadınların hüquqları;
• Ərkən yaşda evlilik;
• Ailə daxili şiddət və qadına qarşı şiddət;
• Qadın və siyasət;
• Gender stereotipləri;
Məktub gender məsələləri ilə əlaqəli olmalıdır, probləmlər (gözləntilər) və onların həlli yolları barəsində şagirlərin şaxsi baxışlarını özündə birləşdirməlidir. Məktub gürcü dilindən başqa azərbaycan və erməni dillərində də göndərilə bilər.
Müsabiqə iştirakçıları öz məktublarını (maksimum 500 söz) 2017-ci ilin 28 noyabırından 8 dekabr tarixinədək Gürcüstan Xalq Müdafiəçisinin elekronpoçt ünvanına letter@ombudsman.ge göndərə bilərlər.
Eyni zamanada Xalq Müdafiəçisinin regional ofislərinədə təqdim edəbiləbilər, sonrakı ünvanlara:
• Kvemo Kartli ofisi: Marneuli, Rustaveli küçəsi N51
• Samtsxe-Cavaxeti ofisi: Axalqalaqi, Cavcavadze küçəsi N4
• Sameqrelo İdarəsi: Zuqdidi Kostava küçəsi N58
• Kaxeti ofisi: Telavi, Çoloğaşvili küçəsi N3
• Quriya ofisi: Ozurqeti, Cavcavadze küçəsi N14
Müsabiqə “Qadınlara olan şiddətə qarşı birləşək” lahiyəsi çərçivəsində keçirilir.

Tozu Gülmamedova