Kompyuter mühəndisliyi [Audio]

posted in: Təhsil | 0

Kənan Əliyevin aparıcılığında Tələbə gündəliyi verlişinin qonağı Gürcüstanın Texniki Universitetinin təələbəsi Ayxan Talibovdur. Kompyuter mühəndisliyi tələbəsi olan qonağımız öz fakulteti haqqında dinləyicilərimizə məlumat verdi.

-” Uşaqlıqdan kompyuterə marağım varıydı, böyüdükdə isə bunu peşə kimi seçməyə qərar verdim. Gürcüstanın Texniki Universitetini seçməyimin səbəbi Tbilis Dövlət Universitetində biz yalnız progoromist oxuya bilirdik, Texniki Universitetində bu sahədə seçim daha çoxdur. Bu sahəyi bitirənlərin iş tapmaq imkanı çoxdur lakin maaşlar aşağıdır. Bu sahədə ingilis dili vacibdir.

Mən universiteti bitirdikdən sonra magistratura da oxumaq istəyirəm. Çünki bakalavrda yalnız teoria öyrədilir və iş tapmağa toeria yetərli deyil. Magistratura üçün Çin, Yaponiya və Amerika birləşmiş ştatları əlbətdə daha faydalı olar lakin imkan olmayanlar üçün Türkiyə də yaxşı bir variantdır. Xüsusilə bizə yaxın olan Trabzon Texniki universitetini tövsiyyə edərdim.”