İor-muğanlı məktəbində erkən evlilik mövzusunda şagirdlərlə görüş keçirildi

posted in: Təhsil, Xəbərlər | 0

İor-muğanlı məktəbində şagirdlərə erkən evililiyin ziyanları haqqında təlim keçirildi. Layihə çərçivəsində məktəbə ailə həkimi dəvət olundu hansıki, erkən evliliyin çətinliklərindən danışdı və uşaqların suallarına cavab verdi. Eyni zamanda kəndin böyükləri ilə görüş keçirildi və şagirdlərin hüquqları haqqında, tətbiq olunan cəzalar haqqında məlumat verildi.

Layihənin məqsədi azərbaycanlı gəncləri bu problem haqqında məlumatlandırmaq, onların fikrini dəyişmək, öz hüquqları haqqında məlumatlandırmaqdır.Bu mövzularda şagirdlərlə, onların valideyinləri və kəndin əhalisi ilə görüşüldü.

Layihə Müəllimlərin Profesional İnkişafı Milli Mərkəzi maliyələşdirib. Layihənin rəhbəri məktəbin gürcü dili müəllimi Tea Gurgenidzedir.
Tozu Gülmamedova