İor-muğanlıda çobanları məlumatlandırma görüşü keçirildi [Audio]

İor-muğanlı İçtimai mərkəzində, Kvemo Kartlidə Vətəndaş Cəmiyyətinin İnkişaf İnstitu yerli çobanları məlumatlandırmaq üçün görüş keçirtdi. Gürcüstan Azəri çobanlarının və onların ailələrinin təşviq mərkəzi layihəsi çərşivsidə Gürcüstanda yaşayan heyvandarlıqla məşğul olanlarla görüş keçirilir.
İnstitun rəhbəri Əli Mamedov bildirir ki:

-“Layihəmiz ilk işi azərbaycanlı çovanların problemlərini üzə çıxartmaqdır. Daha sonra bizim layihədə hüquqşünaslar həftənin müəyyən günləri kəndə gəlib ,təmənnasız, xalqla görüşəcək, yol göstərəcəkdir. Bizim Gürcüstanda çobanlar günü qeyd etdirmək istəyirik. Biz istəyirik ki, dövlət heyvandarlığı bir mədəniyyət kimi qəbul etsin. Biz bu sahədə ilkik, bu günə qədər bu məsələlərdə nə dövlət nə də qeyri-hökümət təşkilatları bir addım atmayıb. İlk olduğumuz üçün layihəmiz uğurlu olacağını düşünürəm.
Biz çobanların problemlərini lazımı orqanlara çatdırmağı düşünürük. Yerli çobanların dağa köçərkən yol problemi var və dağda yerlərdə bahadır. Biz heyvadrlardan ibarət bir şura yaratmaq istəyirik və şurayı dövlət nümayəndələri ilə görüşdürmək istəyirik. Gələcəkdə dağa su çəktirmək planımız var.”
Layihə Açıq Cəmiyyət Gürcüstan Fondu tərəfinnən maliyyələşdirilir.
Keçirilən görüşdə Xalq Müdafiəçisi işçisi, İnsan hüquqları mütəxəssisi Maia Lipartliani da çıxış etdi
Tozu Gülmamedova