Texnikuri Universiteti hazırlıq kursu [Audio]

Kənan Əliyevin aparıcılığında tələbə gündəliyi verlişinin qonağı Gürcüstanın Texnikuri Universitetinin hazırlıq kursu tələbəsi Ziyatxan Hacıyevdir. Hazırlıq kursu tələbəsi qonağımız universitetin təlim sistemindən danışdı.

– “Mən universitetə başlayanda gürcü dilini az bilirdim, indi mqayisə edərsək daha yaxşı danışıram. Dili daha yaxşı öyrənmək üçün dərsdən əlavə kitablar oxumalıyıq, insanlarla daha çox əlaqə qurmalıyıq. Mən tövsiyyə edirəm ki, məktəbdə daha çox gürcü dilinə üstünlük versin, dövlət dili təktələbələrə deyil hər vətəndaşa vacibdir. ”