Avropa birliyi və Gürcüstan əlaqələri [Audio]

posted in: Cəmiyyət | 0

Tozu Gülmamedovanın aparıcılığında verlişin mövzusu Avropa Birliyi və Gürcüstan əlaqələridir, verlişin qonağı jurnalist, İsimxan Məmmədovdur.

Verlişi Vətəndaş Cəmiyyətinin İnteqrasiya Fondunun layihəsi çərçivəsində hazırlayırıq, layihəni Black Sea Trust və The German Marshall Fund maliyyələştirir.

– “Bizim Avropa Birliyi ilə əməkdaşlıqda xeyrimiz, Şenqen zonası ölkələrinə vizasız gediş-gəlişdir, hansıki regionda ilk biz nail olduq. Bizim icmada Avropanın cəmiyyətinin bizə daha məqsəduyğun olduğunu düşünür. Gürcüstan aqrar ölkədir, biz bu günə qədər məhsulumuz üçün bazar axtarırdıq. Yaxın günlərdə Avropa bazarına təbii məhsulun ixracatının artacağını düşünürəm.

Gürcüstanın Avropa Birliyinə üzv olması bizim nə dini nə də milli dəyərlərinə xələl gətirməyəcək. Avropa ölkələri sekulyar dövlətdir. Gürücstanın konstutusiyasında qeyd olunmuşdur ki, hərkəsin din, fikir, əqidə azadlığı vardır.
İntibah dövründə Avropalılar İslam dövlətlərindən elmi və biliyi götürdülər.

21-ci əsrdə biz onlardan biz onlardan bizə aid olan mədəniyyəti götürürük. Biz onlardan doğru vətəndaş anlayışını götürməliyik. Biz hər şeyi dğvlətdən gözləməyə öyrəşmişik.Halbuki dövləti yaradan və yaşatan vətəndaşlardır. Dövlət quruculuğunda bütün vətəndaşlar iştirak etməlidir.”