YORMUĞANLIDA QADININ TALEYİ

posted in: Cəmiyyət | 0

Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür. Onun əvəzinə “birja”ya toplaşmış kişilər cavab verirlər ki, səhəng 20 litr su tutur, boş halda isə çəkisi 5 kiloqramdır. Bu sırada qadın səhəngi doldurdu və evinə tərəf uzanan cığırla yola düzəldi.

Biz də bulaqdan kəndə doğru gedirik. Küçədə baba və nəvəyə rast gəldik və qadın əməyi ilə bağlı fikirlərini soruşduq. Kişi bizi evinə dəvət etdi və dedi ki, bu barədə həyat yoldaşı daha yaxşı danışar.

55 yaşlı Fatimə ƏlixanovaLəmbəli kəndində yaşayır, 19 yaşında ailə qurub, Dedoplistskaroda gürcü məktəbini bitirib. Dediyinə görə, yaxşı oxuyurmuş, ali məktəbə qəbul olmaq üçün imtahan vermədiyinə və indi peşəsi olmadığına görə peşimanlanır.

Deyir ki, səhəryuxudan duran kimi səhər yeməyi hazırlamağa başlayır. Hər iki nəvəsini hazırlayır, yemək verir və məktəbə yola salır. Sonra isə digər işlərlə məşğul olur. Bir neçə gündən bir çörək bişirir. Həyətdə suları gəlmir, buna görə də bəzən bidonla daşıyır. Səhəngi də var, lakin artıq istifadə etmir, deyir ki, çox ağırdır, qışda isə soyuq olur. Su daşımağın onların kəndində yenə də qadın işi hesab olunması xoşuna gəlmir, bunu səhv hesab edir. Deyir ki, bəxti gətirib ki, bulağa tez-tez həyat yoldaşı ilə birlikdə maşınla gedir. Bu kişilər üçün alçaldıcı deyil.

-“Bilmirəm şəhərdə necədir, ancaq kənddə həqiqətən iş çoxdur. Bəzən qadınların dizini qatlamaq imkanı belə olmur. Su olmadığına görə bağ-bostan becərə bilmirik, əvəzində çöldə, fermada oluram. İndi nəvələrim məktəbə gedirlər və onlara baxmaq lazımdır, buna görə də mənzildə övladım və gəlinim olur, sonra mən də baş çəkəcəm.”

Ləmbəlidən sonra Yormuğanlıda dayanırıq, burada da bulaq başına yalnız qadınlar toplaşıb. 60 yaşlı Həcər Omarova suyu bir neçə beş litrlik bidonlarla daşıyır.
Dediyinə görə, onun səhəri də erkən başlayır. Çörək bişirmək, su daşımaq, yumaq, evi yığışdırmaq, toyuq-cücəyə baxmaq – bütün bunlar onun gündəlik gördüyü işlərin natamam siyahısıdır. Bunları bitirdikdən sonra yemək bişirmək üçün də vaxt tapır. Deyir ki, onlarda qadının işi ağırdır. Bütün işlərini qurtardıqdan sonra günəşli həyətdə toplaşırlar, samovar qaynadırlar və çay içirlər.

17 yaşında evlənib, həyat yoldaşı vəfat edən zaman oğlu beş yaşında imiş, buna görə də ailənin yükünü təkbaşına çəkib. İndi üç nəfərdirlər, öğlu, gəlini və özü.
-“Biz qadınlar toyuğa və hindtoyuğuna baxırıq, bağ-bostan becəririk, suyu da bəzən səhənglə, bəzən uzunqulaqla, bəzən isə su balonları ilə daşıyırıq. Kişinin əlində su gətirməsi ayıb hesab edilir, bilmirəm niyə, lakin bu bizim adətdir. 10-12 yaşlı oğlan uşağı əlində su gətirər, amma bundan sonra gətirməz. Bizim ailədən su gətirməyə mən və gəlinim gedirik.”

“Vejini” qeyri hökumət təşkilatının icraçı direktoru LauraXaritonişvili icmada mövcud olan gender problemlərinə yaxşı bələddir. Buna səbəb kimi isə stereotipləri və çətin adət-ənənələri göstərir.
-“Qadınlar adətən kənd təsərrüfatında və ictimai məktəblərdə çalışırlar. İnzibati işlərdə isə çox az rast gəlmək olur. Burada, həmçinin erkən evlilik problem olaraq qalmaqdadır. Evlənəndən sonra qızlar məktəbi bitirə bilmir, müvafiq bilik əldə edə bilmirlər. Erkən yaşda ana olurlar və yalnız ev işləri ilə kifayətlənirlər. Fikrimcə, maarifləndirmənin səviyyəsini artırmaq lazımdır ki, qadınlar ictimai işlərə fəal qoşulsunlar və qərarların qəbul olunması prosesində öz rolları olsun. Azərbaycanlı icmasında gender haqqında məlumat azlığı, əlbəttə, daha çox hiss olunur. Bu ənənə və stereotiplərlə bağlıdır. Qeyd etmək istəyirəm ki, bu məsələ üzərində çox təşkilatlar işləyir, lakin bu daimi xarakterli olmalıdır. Yalnız qadınlarla deyil, kişilərlə də görüşlər keçirmək lazımdır, hər ikisi bilməlidir ki, onlar bərabər hüquqlara malikdirlər. Fikrimcə bu icma ilə erkən yaşlardan, məktəb vaxtından işləmək lazımdır. Gənclər elə formalaşmalıdırlar ki, onlar stereotiplərlə ilk başdan mübarizə apara bilsinlər.”

Gürcüstan miqyasında kişilərlə müqayisədə kənddə yaşayan qadınlar əkinçilik və maldarlıq sahəsində orta hesabla 80 gün daha artıq işləyirlər. Onlar həmçinin ailə üzvlərinin əsas qayğıkeşləridir və ailə işləri də əsasən məhz onların üzərinə düşür. Mövcud ənənəvi gender baxışları üzündən müxtəlif fəaliyyətlərdə daha az iştirak edirlər. Bu haqda “SCT” şirkəti tərəfindən BMT Qadın Təşkilatının (UN Women) dəstəyi ilə aparılmış 2015-ci ilin avqustundan 2016-cı ilin fevralına qədər olan dövrü əhatə edən araşdırmada söz açılır.

-“Yemək hazırlanması, paltar və qab-qacaq yuyulması, ütü işləri kimi işlər də əsasən qadının vəzifələrinə daxildir. Araşdırmanın hədəf regionlarında bir dənə də olsa qab yumaq üçün maşına rast gəlinməsi halı qeydə alınmayıb. Qadınlar deyir ki, qab yumaq və paltar ütüləmək işlərini həmişə onlar görməli olurlar və bunu “bitməyən iş” adlandırırlar. Eyni şeyi yemək hazırlanması ilə bağlı da demək olar. Rəyi soruşulan respondentlərin 5%-inin evdə içməli suyu yoxdur, 14.5%-nin isə içməli olmayan suyu belə yoxdur. Orta faiz göstəricisi bütün bölgələri əhatə etmir, belə ki KvemoKartli bölgəsində əhalinin böyük hissəsi, 73.3%-i evdə su sisteminin olmamasından şikayətlənir”, – araşdırmada oxuyuruq.

Araşdırma göstərdi ki, gün ərzində əməyə xərclənən saatların miqdarı bölgələrə görə dəyişir.
Sameqreloda qadınlar kişilərdən 2.5, KvemoKartlidə 3, Acarıstanda 3.5, SamsxeCavaxetiyada 4, Kaxetidə isə 8 saat artıq çalışırlar.

TamarKapanadze

Leave a Reply