İORİ SAHİLİNDƏ ZİBİLLİK [Audio]

posted in: Xəbərlər | 0

Saqareco, Yormuğanlı icması, İori çayı… İlk baxışdanca sahilin çirkləndirildiyi görünür, ağaclar polietilen torpalarla elə “bəzənib” ki, sanki yeni il ağacıdır.

Heyvanlar çaydan su içir, Badiauri kəndinin sakinləri olan iki çoban elə burada dincəlirlər və nahar edirlər. Zibillik haqqında soruşuruq, deyirlər ki, bu problem onları da narahat edir.

Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin dediyinə görə, vətəndaşlar ətraf-mühiti zibillədikləri üçün cərimələnməlidirlər. Bununla belə, o kəndlərdən ki zibil çıxarılmır, qanunun həyata keçirilməsi mümkün deyil.

Saqareco bələdiyyəsinin icra başçısı QiorqiQzirişvilinin bizimlə söhbətində dediyinə görə, tezliklə zibil daşıyan maşınlar Yormuğanlı əhalisinə xidmət göstərəcək.

Leave a Reply