Yormuğanlıda yeni su kanalı istiafdəyə verilib

posted in: სიახლე | 0

May ayının 17-dən etibarən suvarma kanalı Yormuğanlı icması üçün istifadəyə verildi. Hər il olduğu kimi suvarma kanalı Yormuğanlı, Düzəyrəm və Qarabağlı kənd sakinləri üçün fəaliyyətə başladı. Suvarma kanalının fəaliyyəti hər il oktyabr ayında dövlət tərəfindən dayandırılır və aprel ayında yenidən istifadəyə verilir. Bu il isə kanalda gedən təmir işləri nəticəsində 1 ay gecikdi. Artıq bu kəntlərin sakinləri təsərüffat işləri üçün bu su xəttindən istifadə edə bilərlər.

Bu məsələ barəsində bu kəntlər üzrə suyun paylayıcısı olan İlqar Huseynovla məlumat verdi. o bildirdi ki, kanal keçən ilə nisbətən təxminən 1 ay daha gec fəaliyyətə başladı. Bunun səbəbi suvarma sistemində aparılan təmir işləri idi. Suvarma sistemimiz artıq tamamən təmirdən keçib və yenidən kənd əhalisi üçün istifadəyə verilmişdir. xatırladaq ki, kanal yalnız ucqar yerleri suyla təmin edə bilir.

Hüsəyin Hüseyinov

Leave a Reply