Bu azadlıq bizimdir

posted in: Cəmiyyət | 0

Tbilisi dövlət universitetinin tələbələr klubu 26 may Gürcüstan azadlığına həsr olunmuş tədbir keçirdi.

Tədbirdə Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyev, Kvema kartli qubernator müavini Zaur Darğalı, Gürcüstan Müsəlmanlar İdarəsi şeyxi Ramin İgidov və Ağsaqqallar şurasının rəhbəri İsaq Novruzov da iştirak etdi.

TSU tələbələr klubu üzvləri Tozu Gülmamedova, Bayram Mərdanov, Aytac Həsənova, Bayram Əliyev və Rufanə Xələfova Gürcüstanın azadlıq uğrunda mübarizəsi tarixindən danışdılar.

Tədbirdə çıxış edən Zaur Darğalı bildirdi ki,
– “Biz bu gün doğru aparılan siyasətin nəticəsini görürük. Gürcüstanın hər bir vətəndaşı, milli və dini mənsubiyyətindən aslı olmayaraq vətən əsgəridir. Biz ölkəmizi birlikdə inkişaf etdirməliyik”.

Tədbirdə çıxış edən Marneuli majoritar deputatı Savalan Mirzəyev isə, bu cür tədbirlərin cox mühüm olduğunu və daha güclü, demokratik Gürcüstanı hamının birlikdə qurmalı olduğunu vurğuladı.

Tbilisi dövlət universitetinin yeddinci korpusunda keçirilən tədbirə azərbaycanlı tələbələrlə yanaşı gürcü və erməni tələbələr də iştirak etdi. Tədbir şeyx Ramin İgidovun çıxışı və xeyir duası ilə sona çatdı.

Leave a Reply