Kaxetidə yaşayan azərbaycanlılarla görüş keçirlib

posted in: სიახლე | 0

3 iyul Kacereti kəndi “Ambasadori” otelinde “Ascavle maçne” lahiyəsi çərçivəsində “Levan Mikaledze adına fondu” Kaxetin dini azlıqlarının nümayəndələri ilə görüş keçirildi.
Tədbirdə Kaxeti regionun müsəlman dini liderləri və müsəlman icmasının nümayəndələri iştirak etdilər. “Levan Mikeladze adına fondunun ”icraçı direktoru, Arçil Qeqeşidze bildirir ki, bu tip görüşlər bizim Avrointegrasiya və Avropa birliyinə yaxınlaşmaq üçün çox mühüm rol oynayır.
“ Bu tədbir dini azlıqları maarifləndirmək üçün keçirilir. Bizim fondumuz bir neçe görüş təşkil etdi və bir müddət sonra bu məsələlərə marağın böyüdüyünü aydın şəklidə görürük. Diskusiyaların da təşkil edildiyi görüşdə iştirakçılar öz fikirlərini bildiriblər.
Gürcüstan müsəlmanlar idarəsinin şeyxi Ramin İgidov bildirir ki “Bu cür tədbirlərin əhamiyyəti ondan ibarətdir ki, Kəxetidə yaşayan azərbaycanlılara baş verən proseslər və Avropaya inteqrasiya haqqında məlumat çatdırılsın. Bu dindarlara da aitdir onlarla iki qat daha çox işləmək lazımdlr.
Bizim ölkədə həqiqətən də söz ,vicdan azadlığı var onlar daha çox Asiyada müsəlman ölkələrində olanlar xəbərləri var ancaq Avropada olan din azadlığı haqqında məlumatları azdır.
12 aylıq lahiyə olan “Ascavle maçne” “Levan Melikidze adına fondu” 2017-ci il 15 may ayından Hollandiya elçiliyinin maddi dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi azlıqların interasiya olmasına şərait yaratmaq eyni zamanda insan hüquqlarının müdafiəsi və uyğun beynəxalq təşkilatların təşvik edilməsidir.

Leave a Reply