Tbilisidə “Qadına qarşı zorakılığın qarşısının alınmasında dinin rolu konfransı” keçirildi

posted in: Cəmiyyət | 0

Müsəlmanlar idarəsinin 21 ci əsr birliyi, Gender bərabərliyi qadınlara qarşı və ailə zorakılığı məsələləri üzrə idarələrarası komissiya və BMT- nin əhali fondunun Gürcüstan ofisi tərəfindən Tbilisidə konfrans keçirildi. Konfransda Gürcüstan parlamentinin sədr müavini Qiorqi Volski, Parlamentin Gender bərabərliyi şurasının üzvü Dimitri Tskitişvili , Gürcüstanın Daxili işlər nazilrliyi, Elm və Təhsil nazirliyi, Ədliyyə Nazirliyi, Barışıq və Vətəndaş Bərabərliyi məslələri üzrə Dövlət nazirliyinin əməkdaş və nümayəndələri, BMT-nin əhali fondunun Gürcüstan ofisinin rəhbəri çıxış etdi.
Konfransda çıxış edən Gürcüstan Patriarxlığının dinlərarası nümayəndəsi Tea Qoqitişvili Gürcüstanda qadına qarşı zorakılığın və erkən evlilik probleminin hələ də qaldığını bildirdi.
Tədbirdə çıxış edən təhsil nazirliyinin nümayəndəsi Tamar malazania bildirdi ki erkən evliliyin sıx yaşandığı regionlarda Təhsil nazirliyi valideyinlərlə görüşməyi planlayır.
Tədbirdə çıxış edən Gürcüstan Müsəlman İdarəsinin şeyxi Ramin İgidov isə “İslamda evlilik üçün konkret yaş təyin olunmasada evlənmək üçün hər iki tərəfin tam hazır olması vacibdir. Təəssüflər olsun Gürcüstanda gənçlər bioloji və fizioloji baxımnan hazır olsalarda,psixaloji baxımdan hazır olmayan gənçlərin qurduqları ailələrin tez dağılmasına səbəb olur.
Konfransın sonunda məsələnin həlli ilə bağlı müzakirə keçirildi.
Nəzərinizə çatdıraq ki, 2017-ci ilin 1 yanvar tarixindən etibarən nigah yalnız 18 yaşına çatdığı halda mümkündür. Statistiklar göstərir ki 2015 ci ildə 17 yaşa qədər olan gənçlərdə 408 həddi buluğa çatmamış gənç təhsilini buraxıb.

Leave a Reply