İormuğanlıda Hərəkətə keç adlı trening keçirilidi

posted in: Xəbərlər | 0

İormuğanlo kənd ictimai mərkəzində ,,Hərəkətə keç” adlı pulsuz trening keçirildi. Tədbiri Ədliyyə nazirliyinin rəsmi treneri Şəlalə Əmircanova və Giorgi Antace rəhbərlik etdi.

Tədbirdə İormuğanlı və ətraf kəntlərdən müəllim, tələbə və şagirdlər iştirak etdi. Keçirilən tədbirin mövzusu qadına qarşı və ailə zorakılığının privensiyaları idi. Bundan əlavə olaraq iştirakçılara qanunlar və Gürcüstanda yeni tətbiq edilən İstanbul konvensasiyası haqqında geniş məlumat verildi.

Trener Şəlalə Əmircanova Tədbirdəki əksəriyyəti tələbələrdən ibarət olan auditoriyanin çox aktiv olduğunu bildirdi. Ümid edirik ki,bu tipli maarifləndirici təlimlər qadın hüquqlarının pozulması hallarının sayını azaldacaqdır.

Tədbirdə həmçinin verilən məlumatlara uyğun olaraq auditoriyaya test çalışmaları təqdim edildi. 3 saat davam edən tədbir saat 15:00 da iştirakçılara ədliyyə nazirliyi tərəfindən təsdiq edilən sertifikatın verilməsi ilə bitti.

Huseyn Huseynov

Leave a Reply