Ailə həkimi xəstələrin adıyla kredit götürür

posted in: Xəbərlər | 0

Yormuğanlıda fəaliyyət göstərən poliklinikada işləyən ailə həkimi qebul etdiyi xəstyələrin şəxsiyyət vəsiqəsi ilə kredit götürüb. Adına kredit götürülən Yormuğanlı kənt sakinin dediyinə görə ” həkim onlara 100-500 lari arasında yardım düzəldəcəyini buna görə isə onların bankdan hesab açtırmağını tələb edib”. Eyni zamanda sosial kömək alan ailə həkimin dediyinə əməl edib TBC banktan açtırdığı hesabın çekini isə həkimə gətirib. Bir neçə aydan sonra onlara gələn zənglərdən məlum olur ki adlarına götürülmüş 800 lari pul var vaxtında ödənmədiyi üçün 150 lariyə qədər cərimə və gəlib sentyabr ayının sonuna qədər ödənməzsə məhkəməyə bildirəcəklər. Banka getdikdə məlum olub ki ailə həkimləri onların adıyla dəfələrcə pul alıb ödəyib axrıncı dəfə isə ödəməyib.
TBC bank əməkdaşları rəsmi açıqlama verməsədə kənd xalqınnan öyrəndiyimizə görə bu artıq bir neçə təkrarlanıb. Onların dediyinə görə həkimi şikayət etməklə qorxutduqda pulu ödəyib. Xatırladaq ki, bu həkim şikayət olunarsa saxtakarlıqdan haqqında iş açılar və həbsə girə bilər.

Tozu Gülmamedova

Leave a Reply