Yeni tədris ili başladı

posted in: Təhsil, Xəbərlər | 0

Yormuğanlıda bu gün məktəblər yeni tədris ilinə başladı, açlışda direktor müavini Vaqif Əhmədov çıxış etdi.”O yeni tədris ilində bütün şagirdlərə uğurlar arzuladı və azərbaycan dili və ədəbiyyatı kitablarına görə Azərbaycanın Gürcüstanda olan səfirliyinə təşəkkür etdi”. Açılışda eyni zamanda Azərbaycan səfirliyinin nümayəndəsi Elcan bəy iştirak etdi. Açılış Gürcüstan himninin səslənməsi ilə sona yetdi.
Nəzərinizə çatdıraq ki,məktəbin direktoru keçən vəzifəsinnən azad edildi. Hazırda məktəbə yeni direktor təyin olunmayıb və məktəbi keçmiş direktor müavinləri Vaqif Əhmədov və Rizvan Yusibov idare edir. Keçmiş direktor Qazax Abdullayev isə məktəbdə fizika müəllimi kimi fəaliyyətinə davam edir.
Ümumi icmanın məktəblərinnən aldığımız məlumata görə bu il Yormuğanlı içtimai məktəbinə 160 , Ləmbəli orta məktəbinə 140 , Düzəyrəm məktəbinə isə 40 nəfər şagird birinci sinifə başlayıb.
Tozu Gülmamedova

Leave a Reply