Kvemo kartli məktəblərində “Erkən evliliyin qarşısını almaq” adlı treninq keçiriləcək

posted in: Cəmiyyət, Təhsil | 0

Safari orqanizasyası Prezident fondu və BMT-nin xalq fondunun (UNFPA) dəstəyi ilə erkən evlilyinin qarşısını almaq adlı treninq keçirildi. Kvareli treninq mərkəzində keçirilən üçgünlük treninqdə 1+4 proqramı ilə təhsil alan və universiteti bitirən 20 nəfər iştirak etdi. Təlimdə iştirak edənlər oktyabr ayı boyunca regionun 90 azərbaycandilli məktəbində ana dilində treninq keçəcəklər. Layihənin ümumi büdcəsi belədir; 24 400 lari Prezident fondu 15 000 dollar UNFPA tərəfinnən ödənilir.
Treninq gender bərabərliyi, qadın və qızların hüquqları, erkən evliliyin qarşısını almaq, erkən evliliyin nəticələri, gender və milliyət, ailəyi planlaşdırmaq erkən hamiləliyin tibbi aspektləri və başqa mövzularda keçirildi. Trenerlər Baia Pataraia, Lela Şenqelia, Mari Kurdanidze, Qiorqi Urçuxişvili, Tamar Çxadadze idi. Safari orqanizasyasının direktoru olan Baia Pataraia bildirdi ki “Layihənin məqsədi məktəb uşaqlarını onların hüquqları və Gürcüstan konstitusyası haqqında məlumatlandırmaqdır. Düşünürük ki bu layihə çərçivəsində region xalqı artıq erkən evliliyin ziyanları və qanunlar haqqında məlumatları artacaq ümid edirik ki, uşaq evliliklərinin sayı da azalar”.
Tozu Gülmamedova

Leave a Reply