SƏSVERMƏ PROSESİ

SƏSVERMƏ SEÇKİ GÜNÜ SAAT 8:00-DAN 20:00-ADƏK KEÇİRİLİR
SEÇİCİ AXININI TƏNZİMLƏYƏN

• Seçki məntəqəsinə gələn seçicilərin axınını tənzimləyir;
• Seçicilərdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb edir, əks halda seçicini səsvermə
məntəqəsinə buraxmır;
• Ultrabənövşəyi fənərlə seçicinin dırnağının işarələnib-işarələnmədiyini yoxlayır.

√ Əgər yoxlama nəticəsində dırnağının işarələndiyi aşkarlanarsa, o, səsvermə məntəqəsinə buraxılmır.
• Seçicilərin qeydiyyatı üçün nəzərdə tutulan yerdə neçə nəfərin durduğunu yoxlayır.
√ Əgər qeydiyyat masasının yanında iki nəfərdən artıq seçici durursa, seçiciləri müvəqqəti olaraq gözlədir;
• Seçicilərə qeydiyyat masasına yaxınlaşarkən şəxsiyyətini təsdiq edən sənədinin də yanında
olması göstərişini verir.
• Seçicilərə soyadının ilk hərfinin aid olduğu qeydiyyat masasına yaxınlaşması barədə göstəriş verir.

 

SEÇİCİLƏRİN QEYDİYYATINI APARAN ŞƏXSSEÇİCİLƏRİN QEYDİYYATINI APARAN ŞƏXS

• Seçicilərdən Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Gürcüstan vətəndaşının pasportunu təqdim etməsini tələb edir; Seçici məcburi köçkün olduğu təqdirdə – şəxsiyyət vəsiqəsi (pasport) ilə birgə məcburi köçkün vəsiqəsi təqdim edilməlidir.

√ Şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədən seçki bülleteninin verilməsi qadağandır.

• Seçicinin vahid (və ya xüsusi) siyahıya salınıb-salınmamasını yoxlayır və seçicinin şəxsiyyət nömrəsini müqayisə edir.

√ Əgər xüsusi siyahıya salınmış seçicinin qeydiyyat yeri həmin majoritar seçki dairəsinə daxil deyilsə, o, yalnız proporsional seçkidə iştirak edə bilər;

√ Şəxsiyyət vəsiqəsində qeydiyyat yeri göstərilməyən seçicilər də yalnız proporsional seçkilərdə iştirak edir (Tbilisidə həmçinin Tbilisi meri seçkilərində iştirak edir)

• Seçicilərin dırnaqlarının işarələnməsini həyata keçirir;

√ Əgər seçici dırnağının nişanlanmasına etiraz edirsə, seçici səs verə bilməz;

• Seçki bülletenini imza ilə təsdiqləyir (arxa səhifədə bunun üçün nəzərdə tutulmuş yerdə);

• Qeydiyyatçı möhürü ilə seçki bülletenini təsdiqləyir (arxa səhifədə bunun üçün nəzərdə tutulmuş yerdə);

• Seçicilərin siyahısında imza ataraq bülletenin verildiyini təsdiqləyir;

• Seçicidən siyahıda öz adının qarşısındaimza ataraq bülleteni aldığını təsdiqləməsini tələb edir;

• Təsdiq edilmiş bülleteni seçiciyə verir;

• Seçiciyə qapalı səsvermə kabinəsinə girməsi barədə göstəriş verir;

 

SEÇİCİSEÇİCİ

Qapalı səsvermə kabinəsinə girir.
√ Qapalı səsvermə kabinəsinə eyni anda birdən artıq seçicinin girməsi qadağandır.
√ Komissiya üzvləri və seçki məntəqədə olmaq hüququna malik şəxslər seçicidən əlində neçə bülleten olduğunu göstərməsini tələb edə bilərlər; Seçici bu tələbi yerinə yetirməyə borcludur;
√ Səsvermə kabinəsində foto və video çəkilməsi qadağandır.

• Seçki bülletenini doldurur.

• Bülleteni etdiyi seçim görünməyəcək şəkildə qatlayır.

 

SEÇKİ QUTUSU VƏ XÜSUSİ ZƏRFƏ NƏZARƏT EDƏN ŞƏXS:SEÇKİ QUTUSU VƏ XÜSUSİ ZƏRFƏ NƏZARƏT EDƏN ŞƏXS:

• Qapalı seçki kabinəsindən çıxdıqdan sonra seçiciyə bir ədəd xüsusi zərf götürməsi və qatlanmış bülleteni içinə qoyması barədə göstəriş verir (yalnız seçicinin qatlanmış bülleteni xüsusi zərfə qoyma hüququ var);
√ Komissiya üzvləri və seçki məntəqəsində olmaq hüququ olan şəxslər seçicidən əlində neçə bülleten və neçə xüsusi zərf olduğunu göstərməsini tələb edə bilərlər; Seçici bu tələbi yerinə yetirməyə borcludur;
√ Seçki bülleteninin seçki məntəqəsindən çıxarılması qadağandır;
• Seçicinin əlində bir ədəd zərf olduğuna əmin olduqdan sonra seçki qutusunun ağzını açır və seçiciyə xüsusi zərfi qutuya atması barədə göstəriş verir;

√ Seçki qutusuna eyni anda bir nəfərdən artıq seçicinin yaxınlaşması qadağandır;

• Seçiciyə seçki məntəqəsini tərk etməsi barədə göstəriş verir.

Leave a Reply